M.Həkkinen: Red Bull favoritdir, amma…

Sabiq Formula1 sürücüsü Mika Həkkinen düşünür ki, Monakoda sürpriz yaşana bilər.

F-1.az xatırladır ki, Red Bull komandası mövsümün ilk 5 yarışından sonra 4 poul, 5 qələbə qazanıb. Lakin komandanın rəhbərliyi və sürücüləri düşünürlər ki, Monakonun dar küçələri və yavaş döngələri onların bolidinə uyğun deyil.

Mika Həkkinen: “İndiyə kimi alınan nəticələrə baxsaq, Monakonun favoritləri Maks Ferstappen və Serxio Peresdir. Ancaq sürprizlər ola bilər. Bu trasda Red Bull-un istədiyi yüksək sürət və aerodinamik üstünlük rol oynamır.

Digər tərəfdən Ferrari keçən il sıralanma turunda güclü idi və bunu təkrarlamaq istəyəcəklər. Əminəm ki, Lekler sonuna qədər əlindən gələni edəcək. Karlos Sayns da keçən il ikinci olmuşdu və Monakofakı performansı göz qabağındadır.

Bundan başqa Fernando Alonso hazırda çempionatda üçüncüdür və o, ilk 5 yarışda 4 dəfə podiuma yüksəldi. Performansı göz qabağındadır. Honda-nın 2026-dan Aston Martin-lə işləməsi xəbəri onlara daha çox motivasiya verəcək.

Mercedes-ə gəldikdə isə Monako yeni fəlsəfəni test etmək üçün ideal tras deyil. Ancaq bu dəyişikliklər Həmilton və Rassellin maşına öyrəşməsinə kömək etsə, onlar gələcəkdə irəli doğru addım ata bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*