F-1.az xatırladır ki, britaniyalı sürücü həm Formula3-ü, həm də Formula2-ni bir mövsümdə qazanmışdı. O, 2022-ci ildə Mercedes komandasında ilk mövsümünü keçirməsinə baxmayaraq, yeddiqat komanda yoldaşı Həmiltonu geridə qoya bilib.
Mika Həkkinen: “Kartinqdə, digər seriyalarda qazandığı uğurlarını və məlumatları oxumaq istedadını nəzərə alsaq, görərik ki, o əla sürücüdür. Onun Dünya Çempionu olmaq potensialı var”.