F-1.az xatırladır ki, koronavirus pandemiyasına görə mövsümün ilk 9 yarışından 7-i təxirə salınıb, 2-i ləğv olunub. Bəzi ölkələrdə isə sentyabr ayına qədər heç bir idman tədbiri olmayacaq.
Liberty Media bir trasda iki yarış keçirmən istəsə də, bu hal bəzi komandaların lehinə, bəzilərinin isə əleyhinədir. Çünki hər komandanın güclü olduğu traslar fərqli olur.
Mika Hakkinen: “Bu mövsüm üçün bəzi senarilər hazırlaya bilərsiniz. Məsələn, mövsümün başlama tarixi və neçə yarışın keçiriləcəyi ilə bağlı senarilər. Ancaq indiki halda bir şey planlaşdırmaq mümkünsüzdür. Koronavirus üçün peyvənd hazırlanmadığı halda plan qurmaq yersizdir.
Komandanın biri Silverstounda zəifdirsə, orada iki yarış keçirmək mənasızdır, ancaq o trasda güclü olanlar buna razı olacaqlar”.