F-1.az xatırladır ki, komanda Serxio Peresdən öndəki Fernando Alonso və Şarl Lekleri keçməsi üçün Maks Ferstappeni önə buraxmasını xahiş etmiş, əgər niderlandlı sürücü bunu edə bilməzə, yerini qaytaracağı barədə Peresə söz verilmişdi. Lakin Maks Alonsonu geridə qoya bilməməsinə baxmayaraq, yerini qaytarmaqdan imtina etmişdi.
Mika Hakkinen: “Komanda hər zaman daha vacibdir və əgər komanda yoldaşınızla aranızda bir razılıq varsa, buna əməl etmək ən yaxşısıdır. Təbii ki, Maksın Red Bull ilə olan razılığının şərtlərini heç birimiz bilmirik, lakin açıq-aşkar komandanın bir nömrəli sürücüsüdür və iki titul qazanıb.
Lakin Serxio bəzən Maksa kömək edib, xüsusilə Leklerlə eyni xalda olarkən Maksın da Serxioya çempionatı ikinci yerdə başa vurmaq üçün kömək etməsi çox gözəl olardı. Hornerin də bu məsələyə qarışdığını, hamının razılığa gəldiyini və Əbu Dabidə Peresin mövsümü ikinci yerdə başa vurması üçün çalışacaqlarını hiss edirəm”.