M.Həkkinen karyerasını niyə tez bitirmişdi?

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen karyerasını vaxtında bitirdiyini deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1 karyerasına 1991-ci ildə başlamış və 1998-1999-cu illərdə Dünya Çempionu titulunu qazanmışdı. Lakin 2001-ci ildə 16 yarışdan 8-də mübarizəni dayandıran Həkkinen mövsümün sonunda 33 yaşında ikən karyerasını bitirmişdi. Bu qərar Formula1 dünyasını şoka salmışdı.

Mika Həkkinen: “Beş yaşım olanda ilk dəfə kartinq yarışında iştirak etdim. Elə ilk döngədə yerimdə fırlandım. O an bu idmanın çox təhlükəli olduğunu başa düşmüşdüm. Döngəni tam sürətlə dönmək təhlükəli idi. Elə həmin gün o döngəni necə sürətlə dönərəm deyə düşündüm. Daha sonra fərqli idman növlərində özümü sınadım. Üzdüm, futbol oynadım, amma heç biri mənə həzz vermədi. Həmişə sürətli olmaq istəyirdim. Kokpitdə olmaq istəyirdim. 2001-ci ildə isə ən yaxşı performansımla yarışa bilmədiyimi gördüm. Təqaüdə çıxmaq barədə düşündüyünüz an ayrılmalısınız. Qazandığım uğurlar mükəmməl idi. Yarışlar qazanıb çempion oldum və məqsədimə çatdım”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*