M.Həkkinen ikinci dəfə evlənib

Mika Həkkinen və Marketa Remezovanın toyu barədə əvvəlcədən xəbər verilmişdi, dünən axşam isə təntənəli mərasim Finlandiyanın Lappi (Laplandiya) əyalətinin paytaxtı Rovaniyemidə baş tutub.

İlta-Sanomat qəzetinin verdiyi xəbər görə, mərasimə ikiqat dünya çempionunun qoca anası da qatılıb – Ayla Həkkinen son illərdə heç evindən bayıra çıxmırmış. Finladiyalı sürücünün böyük bacısı Nina Həkkinen də qonaqlar arasında olub.

İltalehti qəzeti isə mərasimə 120 qonağın dəvət olunmasını xəbər verib. Qonaqlar arasında Valtteri Bottas və həyat yoldaşı Emiliya, ikiqat ralli çempionu Markus Qrönholm, avtoidmanın veteranı Harri Toyvonen də olublar.

Mika və Marketanın 3 uşağı da toyda iştirak ediblər: 6 yaşlı Ella və 2014-cü ildə anadan olmuş əkizlər – Linn və Daniel. Nikah mərasimindən sonra uşaqlar valideynləri ilə marallar qoşulmuş xizəkdə əyləniblər. Daha sonra Mika, Marketa və qonaqlar yerli restoranlardan birinə yollanıblar.

F-1.az xatırladır ki, Mika birinci həyat yoldaşı Eryadan 2008-ci ildə boşanıb – ilk evliliyindən onun bir oğlu və bir qızı var…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*