M.Həkkinen: Həmilton pula görə Ferrari-yə getməz

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, o, Həmiltonun Ferrari-yə keçəcəyinə inanmır.

F-1.az xatırladır ki, britaniyalı sürücünün Mercedes ilə müqaviləsi ilin sonunda başa çatacaq. Əksəriyyət yeddiqat Dünya Çempionunun artıq “gümüşü oxlarla müqavilə imzaladığını desə də, onun Ferrari ilə danışıqlar apardığını düşünənlər də var. Lakin bu iddianı hər iki tərəf də təkzib edib.

Mika Həkkinen: “Lyuis Həmiltonun Ferrari-yə keçidi sürpriz olar. Pul yarış sürücülərinə motivasiya verər? Lyuisin ağlı təkcə yarış da deyil. Amma onun ağlındakılar pulla əlaqəli şey deyil. Düzdür, pul vacibdir, ancaq belə hallarda risk də böyükdür. Buna görə də Lyuisin Ferrari-yə getmək ehtimalı azdır. Lakin həmişə demişəm: İnsanlar yaşlandıqca düşüncə tərzləri və həyatdakı seçimləri dəyişir.

Formula1 ən önəmli şey olmamağa başlayır. Rəqabətin artdığı və gənclərin çoxaldığl yerdə bu hal məni təəccübləndirmir. Lyuisin komanda yoldaşı Corcun nəticələri baxın. Həmilton birdən-birə pis vəziyyətə düşdü.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*