F-1.az xatırladır ki, Mika Həkkinen və Mixael Şumaxer 1998-2000-ci illərdə rəqabət etmiş və bunların ikisində finlandiyalı sürücü, sonuncuda isə almanyalı əfsanə qalib olaraq ayrılmışdı.
Mika Həkkinen: “Sebastyanın özünə görə sürüş tərzi var, amma Mixaelə oxşar cəhətləri var. Həmişə eyni nöqtədə əyləcə basardı və eyni trayektoriyada sürərdi. Çox həssas formada sürətlənirdi. Hər şeyi nəzarətində saxlayardı. Bu, çox təmiz və aqressiv sürüş formasıdır. Porebriklərn üstündə də bolidi yaxşı idarə edirdi.
Lyuis həmişə aqressiv olmağa çalışır. Bolidi limtlərə yaxınlaşdırsa da, hər şeyə nəzarət edə bilir. Çox risk alır. Amma diqqətsiz yox, şüurlu qərarlar alır. Tras xaricinə çıxmasa, yaxşı nəticə göstərir. Bu riski həmişə ala bilməzsiniz. Əks halda yerinizdə fırlanarsınız.
McLaren-də yarışarkən bolidin arxasının stabil olması üçün çox çalışırdıq. Arxa tərəfin aqressiv olması sürücünün işini çətinləşdrir. Xüsusən də limitlərdə sürəndə.
Ferrari çempion olmaq üçün yaxşı vəziyyətdədir. Problem olmasa, uğur qazana bilərlər. Formula1 uzun illər idi ki, belə həyəcanlı mövsüm görmürdü. Rosberq və Həmilton mübarzələri darıxdırıcı idi. İndi isə Mercedes və Ferrari rəqibdirlər və Ferstappen kimi həyəcanverici bir gənc var.
Çempionun kim olacağını proqnozlaşdırmaq çətindir. Həmilton və Fettel fərqlidirlər. Fettelin özünü itirməsini görmək maraqlıdır. Həmilton da çox riskə gedir”.