M.Həkkinen: Ferstappenin davamçısı kim olacaq?

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, növbəti çempionun kimliyi ona maraqlıdır.

F-1.az xatırladır ki, son iki mövsümün Dünya Çempionu Maks Ferstsppen bu il də 12 yarışın 10-da qalib gəlib və hazırda ən yaxın izləyicisi Peresdən 125 xal öndə birinci yerdədir. Belə görünür ki, niderlandlı sürücü bu il də rahatlıqla titulu təmin edəcək.

Mika Həkkinen: “Maks hazırda hamıdan üstündar. Əsl sual isə budur: Sonrakı çempion kim olacaq? Onu kim məğlub edəcək? Həmişə güclü rəqibin ortaya çıxıb-çıxmayacağı sizə maraqlıdır. Mixael Şumaxer və Lyuis Həmilton 7 titul qazandı. Həmişə yeni və istedadlı sürücülər ortaya çıxır.

Gələcək bu sürücülərin əlindədir. İnanılmaz məşq proqramları var. Artıq sükanı tutmaq və maşından maksimumu almaq bəs eləmir. İstedad, doğru düşünməyi bacarmaq, həmişə üzərində işləmək və özünü təkmilləşdirmək çox vacibdir. Yəni getdikcə hər şey qəribələşir.

Lakin Red Bull-un üstünlüyü məni təəccübləndirmir. Mənə maraqlı olan əsas şey odur ki, onlar gələcəkdə Mercedes-lə mübarizə apara biləcək mühərrik hazırlayacaqlar? Bunu deyəndə hazırda şassinin motordan vacib olduğunu düşünürəm.

Aston Martin Mercedes motorundan istifadə etsə də, əla performans göstərir. Bu da maşının aerodinamikasının nə qədər vacib olduğunu və nəticələrə nə qədər çox təsir etdiyini göstərir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*