F-1.az xatırladır ki, bu il əksəriyyət əsas mübarizənin Mercedes və Red Bull arasında gedəcəyini düşünür.
Mika Həkkinen: “Çempion Mercedes sürətli görünür. Belə komanda 4 il güclü olduqdan sonra sürətli maşın istehsal etməyi unutmaz. Testlərdə HyperSoft təkərlərdən istifadə etməyərək, mühafizəkar davrandılar. Bu da rəqibləri narahat edir. Yarış tempində güclü görünürdülər. Bu da təəccüblü deyil. Ferrari isə keçənilki məyusluqdan sonra var qüvvəsi ilə işləyir. Bolidin bu il daha stabil olmasına ümid edirlər. Mercedes və Ferrari arasında sərt mübarizə olacaq.
Red Bull və McLaren-i də unutmaq olmaz. Bu il 5 və ya 6 fərqli sürücünün qələbəsini görə bilərik. Rikkardo və Ferstappen keçən il yarışlar qazandılar və bunu təkrar etmək istəyirlər. Fernando Alonso isə Honda məyusluğunu geridə qoyacaq. Barselona testlərində 3-cü nəticə göstərməsi buna sübutdur.
Red Bull və McLaren arasındakı mübarizəni izləmək həyəcanlı olacaq. Hülkenberq və Saynsın da Renault ilə sürpriz etməsini gözləyirik. Orta qrupda komandalar çox yaxındırlar. Haas test performansı ilə maraq dairəsinə düşdü. Toro Rosso da Honda motoru ilə güclü idi. Williams, Force İndia və Sauber də var qüvvələrini qoyacaqlar. Bu il zəif komanda yoxdur və idman üçün əla xəbərdir”.