M.Həkkinen: “F1 artıq təhlükəsizdir”

Formula1 üzrə ikiqat Dünya çempionu Mika Həkkinen hazırda Formula1-in daha təhlükəsiz olduğunu deyib.

F-1.az xatırladır ki, son illərdə sürücülərin təhlükəsizliyi üçün HANS və Halo kimi sistemlər gətirilib.

Mika Həkkinen: “Formula1-də debüt etdiyim zamanlarda HANS (baş və boyun dəstək sistemi) yox idi. 1995-ci ildə qəza edərkən bunun olmaması mənim üçün pis nəticələnmişdi. Hazırda isə maşınların təhlükəsizliyi artıb. Sürücülər artıq daha çox risk edə bilirlər. Keçmişdə finişə çatmaq da uğur idi. İndi isə onları çoxlu sistem qoruyur və rahatlıqla yarışırlar. Özünüzü güvəndə hiss edəndə daha çox risk edərsiniz, ya hiss etməyəndə? Təhlükəsizlik daha çox riskə getməyə şərait yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*