M.Həkkinen: “Bottas şir kimi qayıdacaq”

Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Valtteri Bottas növbəti yarışlara əsl şir kimi qayıdacaq.

F-1.az xatırladır ki, Mercedes komandasının finlandiyalı sürücüsü Bakı yarışının son dövrələrinə lider girsə də, finişə çatmağına 3 dövrə qalmış arxa təkəri partlamış və yarışı komanda yoldaşı Həmilton qazanmışdı.

Mika Həkkinen: “İşlər pis gedəndə hamı problemləri həll etməyə çalışır. Valtterinin də bəxti gətirmədi və qazana biləcəyi bir yarışdan xalsız ayrıldı. Amma əminəm ki, bunu unudacaq. Bu cür hadisələr Belçikada və Almaniyada mənim də başıma gəlmişdi. Çox məyus olmuşdum. Valtteri də eyni formada olub. Qazanmağa bu qədər yaxın olan zaman xalsız qalmaq əsəbləri pozur. Mən belə hadisələrdən sonra komandaya nəyə qadir olduğumu göstərmək üçün çox çalışırdım. Belə hallar avtoidmanda olur və Bottas bunun fərqindədir. İspaniya yarışında Bakını unutmalıdır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*