F-1.az xatırladır ki, Binotto Ferrari komandasının rəhbəri vəzifəsindən istefa verib. Əksəriyyət düşünür ki, onun getməsində Leklerin də əli var.
Mika Həkkinen: “Bilmirəm. Mənim dövrümdə iki insanın münasibətlərindən başqa, o adamın keyfiyyətləri əsas götürülürdü. Ən əsas şey bu idi. Belə halların uğur üzərində təsiri olmur.
İnsanların istedadına, biliklərinə və sədaqətinə hörmət etməlisiniz. Bu hekayənin doğruluğuna inanmıram. Binottonun ayrılığını görmək məyusedicidir. O, çox yaxşı xarakterli insandır”.