F-1.az xatırladır ki, Fernando Alonso son çempionluğunu 2006-cı ildə qazanaraq 2007-ci ildə McLren-ə transfer olmuşdu. İspaniyalı sürücü McLaren-də 1 il qaldıqdan sonra yenidən Renault-ya qayıtmışdı. Alonso 2 il Renault-da çıxış etdikdən sonra Ferrari komandasına keçmişdi – bu komandada 2010-cu və 2012-ci illərdə çempionluğu son yarışda itirən Alonso 2014-cü ilin sonunda Ferrari-dən ayırlaraq McLaren-ə qayıtmışdı. Arxada qoyduğu mövsümdə Alonsonun McLaren Honda-dakı ən yaxşı nəticəsi 5-ci yer olub.
Lyuis Həmilton isə 2012-ci ildə McLaren-dən ayrılaraq, Mercedes-ə transfer olub və burada 2 dəfə Dünya Çempionu titulunu qazanıb. Britaniyalı sürücü bildirib ki, Alonso da onun kimi manevr edib.
Lyuis Həmilton: “Verdiyim qərar yadıma gəlir. McLaren-də də qala bilərdim, amma ayrılmağı seçdim və indi görürəm ki, doğru qərar vermişəm. Fernando Alonso da Ferrari-dən ayrıalaraq mənimkinə oxşar bir qərar aldı. Ancaq McLaren-in hazırda problemi çoxdur.
Bu, Alonso üçün testdir. Bunu etmək çox çətindir. O indi əhvalını yüksək tutmalıdır və yarışmalıdır”.
Sabiq Formula1 sürücüsü Mika Həkkinen bildirib ki, Alonso inanmalıdır: “Onlar işləməyə davam etməlidirlər. Möcüzə yoxdur. Sadəcə işləyib problemləri həll etmək lazımdır. Bir gün hər şey qaydasına düşəcək.
Əsl sual budur ki, bu nə qədər davam edəcək? Mən ilk yarışımı qazanmaq üçün uzun illər gözlədim. İndi isə Fernandonun qalib gəlməsi bir neçə il çəkə bilər.
Fernando neçə ildir ki yarışır və 2 dəfə Dünya Çempionu titulunu qazandı. Bəs səbirlidir? Ümid edirəm ki, elədir. Fernado mükəmməl adamdır və mükəmməl sürücüdür”.