M.Hatçeson: “Rosberq psixoloji cəhətdən zəifləyib”

Red Bull komandasının sabiq yarış mühəndisi Mark Hatçeson düşünür ki, Niko Rosberq Lyuis Həmiltonun təzyiqi altında zehni cəhətdən problemlər yaşayır.

F-1.az xatırladır ki, Rosberq keçən ilin sonunda güclü performans göstərmişdi və bu mövsümə yaxşı başlanğıc etmişdi. Almaniyalı sürücü ilk 4 yarışda 100 xal toplayıb, Həmiltonla fərqi 45 xala çıxarsa da, hazırda xal fərqi 1-ə düşüb.

Rosberq son yarışlarda Həmiltonun sürətinə cavab verə bilmir. Amma Rosberq son açıqlamasında “Onu məğlub edə bilərəm. Macarıstandakı mübarizəyə hazıram” demişdi. Lakin Mark Hatçeson hesab edir ki, Niko Rosberq Lyuis Həmiltonun tempinə cavab verə bilmir: “Rosberq bunu deməsə də, mən düşünürəm ki, o, psixoloji cəhətdən problemlər yaşayır. Saf sürət cəhətdən problemi yoxdur, amma sıralanma tempində problemləri var. Lyuis ona yaxın olanda, Rosberq onu keçmək üçün başqa yollar axtarır. Məncə, Niko Rosberq psixoloji cəhətdən problem yaşayır və bunun üçün mübarizə aparır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*