F-1.az bildirir ki, Mikanın fikrincə, Maks F1-ə gələrək güclənmək barədə düşünməyib, çünki onsuz da tam hazır formada gəlib.
Mika Hakkinen: “Ferstappenin keçmişinə, haradan gəldiyinə və məşqinə nəzər salsanız… İndi bütün hazırlıqları başa çatıb və fantastik sürücüyə çevrilib. O, hətta Formula1-dən əvvəl də inanılmaz yüksək səviyyədə çıxış edirdi. Çempionata burada yaxşı pilot olacağı ümidi ilə gəlmədi, çünki o, artıq hazır idi.
Maks inanılmaz dərəcədə istedadlıdır, texniki aspektləri və komanda işini başa düşür. Komandanı onun üçün yaxşı maşın hazırlamağa məcbur edəcək xarakterə malikdir. Maks həmişə öndədir, amma sual kimin daha yaxşı olacağıdır və bu həmişə maraqlıdır.
Mixael Şumaxer və Lyuis Həmilton yeddi çempionluq qazanıb, bəs bunun daha yaxşısını kim edə bilər? Həmişə yeni biri gəlir. Mən təzə pilotların gəlişini qabaqcadan görürəm. Artıq sükandan yapışıb qaz pedalına basmaq kifayət deyil”.