F-1.az xatırladır ki, niderlandlı sürücü son cəhdində poula getsə də, bolidinin arxasını bariyerlərə çırpıb və üçüncü yerlə razılaşmalı olub. Bundan sonra bolidin sağ arxa asılqanı qırılıb. Belə qəzalarda adətən ötürmələr qutusu da zədə alır. Əgər Maks ötürmələr qutusunu zədəlsəydi, onu dəyişdirməli və yarışın startında 5 yer itirməli idi. Ciddə kimi ötməyə icazə verməyən trasda isə bu pis olardı.
Lakin Britaniya mətbuatə xəbər verir ki, ilkin araşdırmalardan sonra ötürmələr qutusunda problem tapılmayıb. Red Bull bu barədə rəsmi açıqlama verməsə də, resurslar hər şeyin qaydasında olduğunu deyirlər. Beləliklə, gənc Maks yarışa üçüncü yerdən başlayaraq qələbə şansını qorumuş olacaq.