F-1.az xatırladır ki, niderlandlı sürücü 25 yaşında iki dəfə Dünya Çempionu olub.
Maks Ferstappen: “Heç nə dəyişmədi. Yeni bolidlər çox fərqlidirlər. Öyrəşmək çətin oldu, çünki bolidimiz mövsümün əvvəlində çox ağır idi və balansı tapa bilmirdik. Bundan başqa heç nə dəyişməyib. Mən sadəcə anın həzzini yaşayıram. Keçən il də elə idi. İndi isə çempionluğa qarşı aclığım yoxdur.
İlk çempionluqdan sonra qazansığım hər uğur bonusdur. Həyatımda heç nəyi dəyişmir. Dostlarımı tanıyıram və onlarla, ailəmlə vaxt keçirirəm. Həyatımda heç nə dəyişməyib”.