F-1.az xatırladır ki, Formula1-də 4-cü mövsümünə hazırlaşan 20 yaşlı sürücü daha əvvəl bir neçə rekordun yeni sahibi olub.
Maks Ferstappen: “İnsan həmişə çalışır ki, əlindən gələnin ən yaxşısını etsin. Özünə hədəf qoysan da, qoymasan da bu, eynidir. Motivasiya üçün fərqli şeylər etməyəcəm. Onsuz da yeni mövsümə tam hazıram və tezliklə trasa çıxıb yarışmaq istəyirəm. Hər yarışda qalib gəlmək istəyirəm. Ancaq təbii ki, bəzi traslar bizim üçün əlverişli olduğu halda bəziləri əlverişsizdir. Buna görə də həmişə rəqabətədavamlı ola bilmirik. Əsas stabil olmaqdır. Bu il güclü bolid hazırlamışıq və ümid edirəm ki, istədiyimiz nəticəni alacağıq”.