M.Ferstappenə əsəbiləşən atası: “Papağını qabağına qoyub düşünsün”

Maks Ferstappenin atası Yos Ferstappen bildirib ki, oğlunun Çindəki səhvlərinə görə çox məyusdur.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü 14-cü döngədə dördqat Dünya Çempionuna hücum edib, amma arxa təkərlərin kilidlənməsi üzündən bolidin idarəetməsini itirərək, Fettelə çırpılıb.

Yos Ferstappen: “Fetteli keçmək mümkünsüz idi. Hesabalama səhvi idi. Belə hallarda Maks daha çox düşünməlidir. Ondan tərzini dəyişməsini istəmirəm. Startda iki nəfəri qabaqladı və bunu mükəmməl etdi. Hamımız belə şeylər görmək istəyirik. Amma qəza görmək istəmirik. Özünü ələ almalıdır. Papağını qabağına qoyub düşünməlidir. Sabah onu görəcəm. Bəhreyndə də çox pis oldu. Bu barədə danışmalı və təhlil etməliyik. Belə olmaz, özü bilir. Mənim çox danışmağıma ehtiyac yoxdur. Ona əsəbi olmasam da, çox məyusam. Amma özü məndən qat-qat çox məyusdur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*