M.Ferstappenə ATV motosikleti kömək edib

Maks Ferstappen bildirib ki, qar üstündə ATV motosikleti ilə etdiyi sürüşlər ona Braziliyada divara çırpılmamağa kömək edib.

F-1.az xatırladır ki, Ferstappen Braziliyada yarış zamanı start-finiş düzlüyündə bolidin idarəetməsini itirərək, az qala divara çırpılırdı. Amma 19 yaşlı sürücü son anda vəziyyəti öz xeyrinə dəyişə bilmişdi.

Maks Ferstappen: “Yerimdə fırlananda əyləcə basdım və 4 təkər də bloka düşdü. Daha sonra sükanı düzəltdim, çünki dönmüş vəziyyətdə qalsaydı, yerimdə fırlanacaqdım. Onda 4 təkərlə drift olacaqdı. Ön tərəfin doğru yöndə sürüşdüyünü gördüm. Mükəmməl yol idi və bolidlə divara doğru gedirdim. Əyləcləri buraxdım və təkərlər yenidən fırlanmağa başladı və asfaltla ilişmə qazandım. Son anda bolidin nəzarətini əlimə keçirdim.

Bolidin doğru yöndə hərəkət etməsi üçün şanslı olmalısınız, çünki yerində fırlanmağa başlasaydı, onda problem olardı. Amma şanslı idim və daha sonra divarlara çırpılmadan bolidi nəzarətim altına ala bildim.

Bunu qarda ATV motosikleti sürərək və ya kartinqdə öyrənə bilərsiniz. Bu cür problemlə rastlaşanda, həmişə düzəltməyə çalışarsınız. Kiçik yaşımdan bəri bunları edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*