M.Ferstappen Zandfortda təzyiq hiss edib

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Zadfort və Əbu Dabi yarışlarında təzyiq hiss edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən həftə Əbu Dabidə qalib gələrək, karyerasının ilk titulunu əldə edib.

Maks Ferstappen: “Zandfort və Əbu Dabi yarışlarında çox təzyiq hiss elədim. Hamı orada qalib gəlməyimi istəyirdi. Azarkeşlər “Maks burada qalib gələcək” deyirdilər, amma performansım qeyri-stabil idi. Bütün həftəsonum mükəmməl keçsin istədim və elə də oldu. Poul və qələbə qazandım.

Mercedes o yarışda iki maşınla mübarizədə olduğu üçün strategiya cəhətdən mənə çətin idi. Yenə də qalib gəldik və əla hiss idi. Finiş xəttini keçəndə rahatlandım”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*