F-1.az xatırladır ki, Braziliya yarışının 48-ci dövrəsində Ferstappen və Həmilton təkər-təkərə mübarizəyə girişiblər. Lakin niderlandlı sürücü rəqibini tras xaricinə çıxarıb və özü də onunla bir yerdə çıxıb. Əksəriyyət gənc sürücünün cəzalandırılmasını gözləsə də, bu baş verməyib.
Maks Ferstappen: “Hər ikimiz də döngəyə öndə girməyə çalışırdıq və yerimi qorumaq üçün əyləcə gec basdım. Təkərlər yeyilmişdi və asfaltla ilişmədə son həddə idim. Orada da apeksə yaxşı oturmamışdım. Buna görə döngəni geniş trayektoriya ilə dönmək daha yaxşı idi. Stüardların cəza verməməsi məni sevindirdi, çünki yaxşı mübarizə idi. Bunu Britaniyadakı insidentlə bir etmək olmaz”.