F-1.az xatırladır ki, Toro Rosso komandası Avstraliyada Mercedes AMG və Ferrari-dən sonra ən sürətli üçüncü komanda idi, amma səhv strategiya seçdikləri üçün yarışı 9 və 10-cu yerlərdə bitirmişdilər.
Maks Ferstappen: “Biz daha uzun və daha yaxşı bir mövsüm gözləyirik. Biz yarış zamanı fərqli faktorlarla üzləşirik, amma ilk yarışlarda maksimum xal yığmalıyıq.
Avstraliyada yarışa 5-ci yerdən başladıq. Deməli, biz Ferrari və Mercedes AMG-dən sonra ən yaxşı üçüncü komandayıq. Bu, Toro Rosso üçün əla nəticədir”.
Maks Ferstappeni sürüş tərzinə görə Ayrton Sennaya bənzədirlər, Hollandiyalı sürücü bu barədə də danışıb: “Yer üzündə bir Senna və bir Prost olub. Biz həmişə Sayns ilə bir-birimizi məğlub etmək istəyirik və bu, komanda yoldaşları arasında normal haldır.
Həmişə inkişaf etmək istəyirik və mən buna dava kimi baxmıram”.