M.Ferstappen yer itirmək cəzası almayıb

Sıralanma turunda Lando Norrisinlə insident yaşayan niderlandlı sürücüyə rəsmi xəbərdarlıq edilib.

F-1.az xatırladır ki, hadisə zamanı hər iki sürücü isinmə dövrəsində olub. Maks üçüncü sektorda Saynsı irəli buraxmaq üçün yavaşlayıb, bu zaman isə Lando daha böyük sürətlə arxadan yaxınlaşıb. Ferstapp en maşını130R döngəsinin çıxışında kəskin şəkildə artıq ona çatan Norrisə tərəf çəkib, britaniyalı sürücü toqquşmamaq üçün trasdan çıxmalı olub.

Son dünya çempionu stüardlara izah edib ki, təkərlər soyuq olduğu üçün bir anlıq idarəetməni itirib. Norris də baş verənlərin uğursuz bir təsadüf olması məsələsində razılaşıb. Stüardlar onları dinləyərək onlara xatırladıblar ki, sürücü hər vəziyyətdə maşına nəzarət etməlidir.

Nəticədə Maks Ferstappenə mövsümdəki ilk rəsmi xəbərdarlıq verilib və sabahkı yarışa qazandığı poul mövqeyindən başlayacaq. Qeyd edək ki, mövsüm ərzində 5 rəsmi xəbərdarlıq alan sürücü növbəti yarışın startında 10 yer itirməli olur. Lakin o xəbərdarlıqlardan ən azı 4-ü mütləq tras üzərində baş verən insidentlərə, başqa sözlə desək, pilotajlığa görə olmalıdır.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*