M.Ferstappen: Yeni sıralanma formatının faydası olmayacaq

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yeni sıralanma turu formatına ehtiyacları yoxdur.

F-1.az xatırladır ki, bu il iki yarışda fərqli sıralanma turu konsepti sınanacaq. Bu konseptdə birinci sessiyada Hard, ikinci sessiyada Medium, üçüncü sessiyada isə Soft təkərlərdən istifadə olunmalıdır. Beləliklə, həftəsonuna gətirilən dəstlərin sayı 13-dən 11-ə enəcək və təkərə qənaət ediləcək.

Bu format ilk dəfə İmolada sınanacaq və uğurlu olsa, 2024-cü bu formada keçid ediləcək.

Maks Ferstappen: “Ümid edirəm ki, İmolada hava soyuq olmaz. Əks halda işimiz çətinləşəcək. Bu hamıya aiddir.

Sıralanma turun belə şeylərə ehtiyac yoxdur. Heç bir faydası olmayacaq. Belə formatdansa, komandaların bir-birinə yaxınlaşması yaxşıdır”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*