F-1.az xatırladır ki, Renault yenilənmiş mühərriyi Kanada yarışından etibarən istifadəyə verəcək. Amma fransızlar mövsümiçi testlərdə yeni mühərriyi yoxlamaq üçün həm zavod komandası ilə, həm də Red Bull komandası ilə bəzi testlər ediblər.
Kevin Maqnussen yeni mühərriyin pozitiv bir addım olduğunu bildirib və yeni mühərriyin Monakoda istifadə edilməli olduğunu vurğulayıb.
Testlərin ikinci günündə yeni mühərriyi test edən Ferstappen komanda yoldaşı Rikkardo kimi yeni mühərriyi tərifləyib: “Yeni mühərrik yaxşıdır. Bu gün statistikanı sınaqdan keçirmək istədik və təbii ki, mühərriyin etibarlılığını yoxladıq. Hər şey yaxşı idi. Bütün günü işlədik və heç bir problem yox idi.
Mənim üçün bolidə öyrəşmək və sükan arxasında yeni şeylər öyrənmək çox vacib idi. Buna görə də yaxşı gün oldu. Bu gün çox yaxşı keçdi. Çox şeyi sınaqdan keçirdik. Hər şey yaxşı görünür”.
Ferstappen ümid edir ki, yeni mühərriyi Monakoda istifadə edə bilərlər: “Həmişə daha güclü boliddə olmaq istəyərsiniz. Elə deyilmi? Əlbəttə, nə baş verəcəyini görəcəyik.
Əlimizə yaxşı fürsət düşüb. Amma əvvəlcə yavaş və doğru addımlar atmalıyıq. Sonra harada olacağımızı görəcəyik”.