M.Ferstappen yeni kluba üzv olub

Red Bull komandasının sürücüsü 600-lər klubunun üzvüdür

Maks Ferstappen Braziliya yarışından sonra liderlik etdiyi dövrələrin sayını 613-ə (1132 dövrədən, yəni 54.77%) çatdırıb. Bununla niderlandlı sürücü cəmi 5 sürücünün yer aldığı 600-lər klubuna üzv olub.

Statistikaya Sebastyan Fettel başçılıq edir. Almaniyalı sürücü 2011-ci ildə 1133 dövrədən 739-da (65.23%) lider olmuşdu. İkinci nəticə isə Naycel Mənsellə məxsusdur – britaniyalı aslan 1992-ci ildə 1036 dövrədən 694-nü (66.99%) lider kimi başa vurmuşdu. Fettel 2013-cü ildə 684 dövrə (1131-dən, 60.48%) liderlik etmişdi.

Daha sonrakı iki sətri Mixael Şumaxer tutur – 2004-cü ildə 1122 dövrədən 683-də (60.87%) və 1994-cü ildə 1046 dövrədən 646-da (61.76%) liderlik etmişdi.

Cədvəldə 6-cı yeri Maks tutur, siyahını isə Lyuis Həmilton tamamlayır – 7 qat dünya çempionu keçən il 1037 dövrədən 613-nü (59.11%) lider kimi başa vurmuşdu.

Faiz üzrə götürdükdə – 1963-cü ildə Cim Klark 708 dövrədən 506-da (71.47%) peletona başçılıq etmişdi…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*