M.Ferstappen yeni dəbilqəsini təqdim edib

Red Bull komandasının sürücüsü Maks Ferstappen dəbilqəsinin dizaynını dəyişdirib.

F-1.az xatırladır ki, niderlandlı sürücü keçən il mükəmməl performans göstərmiş və karyerasının ilk Dünya Çempionu titulunu qazanmışdı.

Ferstappen bundan sonra yeni dəbilqə dizaynına keçməyə qərar verib. O, əsasən ağ rəngli, üzərində qırmızı xəttlər olan dəbilqə istifadə edirdi. Lakin 24 yaşlı pilot artıq qırmızı yox, qızılı rəngdən istifafə edəcək. Bu rəng çempionluğa həsr olunub. Bundan başqa dəbilqənin üzərində artıq 33 yox, 1 nömrə yazılıb. Dəbilqənin arxasında isə Dünya Çempionluğununu simvollaşdıran ulduz olacaq.

Maks Ferstappen: “Bir neçə yenilik etdim. Lakin qızılı rəng dəbilqəni daha da gözəlləşdirdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*