F-1.az xatırladır ki, Maks Ferstappen 2016-cı ilin Barselona yarışında qalib gələrək, Formula1 tarixinin yarış qazanan ən gənc sürücüsü olmuşdu.
Bu il Formula1-də 4-cü mövsümünü keçirəcək hollandiyalı sürücü fərqli dəbilqə ilə yarışacaq. 20 yaşlı sürücü dəbilqəsini təqdim edərək, “bu da 2018-ci ildəki dəbilqəm, karyeram ərzində yaşadığım xüsusi anları dəbilqəmdə əks etdirdim, ümid edirəm ki, sevəcəksiniz” deyib
Daniel Rikkardo da yeni dəbilqəsini təqdim edərək, birinci yarışı gözlədiyini deyib.
Bundan başqa Alonso da İnstaqram hesabı üzərindən dəbilqəsinin bir hissəsini göstərib. Üst tərəfdəki narıncı rəng çaları onu göstərir ki, komanda yenidən narıncı rənginə qayıdacaq…