M.Ferstappen: Yeni bolidlər küçə yarışları üçün deyil

Red Bull-un pilotu Maks Ferstappen hesab edir ki, müasir Formula 1 avtomobilləri küçə traslarındə yarışmaq üçün uyğun deyil.

F-1.az xatırladır ki, geridə qoyduğumuz mövsümdə 4 ölkə – Səudiyyə Ərəbistanı, Monako, Azərbaycan və Sinqapur yarışı küçə trasında qəbul edib.

Maks Ferstappen: “Mən artıq küçə yarışlarını sevmirəm. Və əlbəttə ki, daha böyük və daha ağır olan yeni nəsil maşınlar üçün uyğun deyillər. Köhnə maşınlarla sürmək olmaq olardı, amma indi… Monako və Sinqapurda yeni maşınların küçələrdə davranışı məni çox məyus etdi. Onlar çox ağır idi, çox sərt asmalar bordürlərə hücum zamanı çətinlik yaradır. Yeni maşınlar bunun üçün hazırlanmayıb. Küçə trasları fotoşəkillər üçün maraqlıdır, lakin yarış üçün yox”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*