M.Ferstappen: “Yeni bolid daha güclüdür”

Toro Rosso komandasınım sürücüsü Maks Ferstappen bildirib ki, Ferrari mühərrikli Toro Rosso daha sürətlidir..

F-1.az xatırladır ki, Toro Rosso komandası keçən il Renault mühərriklərini istifadə edirdi. Amma italyanlar bu il Ferrarinin 2015-ci il mühərriklərindən istifadə edəcəklər.

Toro Rosso komandasının 18 yaşlı sürücüsü Ferrari mühərrikləri barədə təəssüratlarını bildirib: “Daha çox güc hiss edirəm. Dəbilqəmə daha çox hava dəyir.

Yeni güc qurğusu ilk dövrədə məni həyəcanlandırdı. İlk dövrədən etibarən özümü yaxşı hiss etdim.

Çoxlu dövrə vurdum. Bu komanda üçün vacib idi. Ümumilikdə onu deyə bilərəm ki, yaxşı gün idi.

Bu performans özünü zaman göstəricilərində əks etdirmədi, amma biz demək olar ki, zaman göstəricilərinə baxmırıq. Ona görə də özümüzü yaxşı hiss edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*