M.Ferstappen yenə də tarix yazmaq istəyir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yeni mövsümdə 21 yarışın hamısını qazanmaq istəyir.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” keçən il mövsümə pis başlamış və ilk 5 yarışın 4-də bir bolidlə finiş görmüşdülər. Amma daha sonra inkişaf edən Red Bull komandası Azərbaycan, Malaziya və Meksika yarışlarında qalib gəlmişdi.

Maks Ferstappen: “Qış ərzində Avstriya və Monakoda dostlarımla yaxşı vaxt keçirdim. Dincəldim və dəlilik etməməyə çalışdım. İl ərzində onsuz da çox yerə səyahət edirik. Buna görə də tətili daha sakit keçirdim. Qələbə qazanmağı sevirəm. Bu, məni xoşbəxt edir. Keçən il mənim üçün gözəl xatirələr oldu. Malaziyadakı qələbə ən gözəl an idi. Ostindəki yarış gözəl idi. Arxa sıralardan gəlib podium uğrunda mübarizə apardım. Üçün ən gözəl an isə Meksikadakı idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*