F-1.az xatırladır ki, niderlandlı sürücü startda Həmiltonu keçərək, Formula1 tarixinin ilk sprint yarışında qalib gəlib. Beləliklə, gənc sürücü sabahkı əsas yarışa da pouldan başlayacaq.
Maks Ferstappen: “Burada ötmə etmək çox çətindir, ancaq yaxşı start aldıq və birinci dövrədə Lyuisi qabaqladıq. Daha sonra tempimizi qorumağa çalışdıq. Bir-birimizi təzyiq altında saxladıq və buna görə təkərlər pis gündə idi. Sonlarda hər şeyi nəzarətdə saxlamağa çalışdıq. Üç xal qazandığımız üçün sevinirəm. Sabah bizi maraqlı mübarizə gözləyir”.