M.Ferstappen: Yaxşı gün idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bolid yaxşı performans göstərir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Britaniyadakı cümə sərbəst yürüşlərini birinci yerdə bağlayıb. O, ikinci sərbəst yürüşlərin əvvəlində problemlər yaşasa da, ümumilikdə yaxşı gün keçirib.

Maks Ferstappen: “Bəli, bizim üçün yaxşı gün idi. Deyəsən əvvəlcə tras sürüşgən idi, amma bunun səbəbi təkərlərdəki yüksək təzyiqdir və bu hal hamı üçün eynidir. Əlbəttə, bu hal bir az işimizi çətinləşdirir, amma ümumilikdə maşından istədiyimiz performansı aldıq və hər şey istədiyimiz kimi işləyir.

Hər iki sessiyada da güclü performans göstərdik və proqramımızı tamamladıq. Buna görə xoşbəxtik. Yarış tempində də yaxşı görünürük. Hazırda hər şey çox yaxşıdır.

Sabah görək nə olur. Hər şey havadan asılıdır. Əlbəttə, maşını bir az da təkmilləşdirmək istəyirik, ancaq ümumilikdə yaxşı gün keçirdik”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*