F-1.az xatırladır ki, hollandiyalı sürücü yarışa Medium təkərlərlə başlayacaq. Arxasındakı iki Mercedes sürücüləri isə Soft təkərlərlə start alacaqlar.
Maks Ferstappen: “Çox xoşbəxtəm. İlk dövrələrim qarışıq idi. Son sektorda səhv etməyə səbəb yaradan döngələr var. Amma yaxşı dövrə vurduğumuz üçün xoşbəxtəm.
Hamımız üçün uzun mövsüm oldu. Ardıcıl yarışlar keçirdik. Buna görə də komandadakılar üçün əla qapanışdır. Nəticədən razıyam”.