F-1.az xatırladır ki, birinci sessiyada sükan arxasına Lousin keçdiyi üçün Maks trasa çıxmayıb. İkinci sessiyada yenidən iş yerinə qayıdan niderlandlı sürücü günü birinci yerdə bağlayıb.
Maks Ferstappen: “Sözün açığı yaxşı gün idi. Məncə, yaxşı yerdəyik. Liam ilk sessiyada yaxşı işlədi. Sakit və stabil idi. İstədiyimiz də bu idi. İkinci sessiyada problem yaşamadıq. Bolid güclü idi. Bir neçə şey sınadıq və yarış tempimiz yaxşı idi. Buna görə sevincliyəm”.