F-1.az xatırladır ki, hollandiyalı sürücü mövsümün ilk 6 yarışında səhvlərlə yadda qalsa da, daha sonra yüksələn qrafiklə davam edib və iki yarış qazanmaqla yanaşı bir neçə dəfə podiuma yüksəlib.
Maks Ferstappen: “Özümü dinlədiyim üçün bu fərq əmələ gəldi. Öz işimlə məşğul oldum və yazılara fikir vermədim. Kartinq vaxtı atam həmişə aqressiv olduğumu və sürətli olmadığımı hiss etdiyim zamanlarda belə çox sürətli olduğumu deyərdi. Hisslərimi dinlədim. Bir az yavaşladım və belə görünür ki, bu, məni daha da sürətləndirdi. Mövsümün əvvəlində bəlkə də, aqressiv idim. Yaxşı nəticələr qazanmaq istəyirdim. Amma yavaşlayaraq sürətləndim”.