M.Ferstappen: “Yarışmayacağıqsa, niyə buradayıq?”

Red Bull komandasının sürücüsü Maks Ferstappen elədiyi hücumun normal olduğunu düşünür.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Avstriya yarışının sonlarında Leklerə hücum edib və iki sürücü döngənin çıxışında təmas yaşayıblar. Red Bull komandasının sürücüsü buna görə stüardlar tərəfindən araşdırılır.

Maks Ferstappen: “Startdan sonra yarışın bitdiyini düşündüm. Amma mübarizə apardıq. Yarışa başladığım təkərləri bloka salmışdım. Lakin pit-stopdan sonra uçmağa başladıq. Düzlükdə sürətimiz yaxşı idi. Bütün komandaya, həmçinin, Honda-ya görə xoşbəxtəm. Burada qalib gəlmək gözəldir. Sərt yarış idi, ancaq bunu etməyəcəyiksə, gedək evdə oturaq. Yarışlarda belə mübarizələrə icazə yoxdursa, niyə buradayıq?”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*