F-1.az xatırladır ki, bu ildən etibarən sürücülərin başını qorumaq üçün Halodan istifadə olunacaq.
Maks Ferstappen: “Məncə, eybəcərdir. Onunla bir yerdə yarışmaq istəmirəm. Ümumilikdə isə bolidimiz gözəldir və ümid edirəm ki, sürətli olar. Keçən il etdiyimiz yeniliklərin hesabına qələbə uğrunda mübarizə aparmışdıq. Amma bu il çempion olmaq istəyiriksə, ilk yarışdan güclü olmalıyıq.
Halonun gətirdiyi ağırlıq mənim üçün əlverişli deyil. Onsuz da rəqiblərimə nisbətən hündür və ağır çəkiliyəm. Buna görə də bədənimə qulluq edib bu fərqi bağlamalıyam”.