F-1.az xatırladır ki, niderlandlı sürücü pouldan başladığı yarışda qalib gələrək, titulu sona 4 yarış qalmış təmin edib.
Maks Ferstappen: “Nə deyə bilərəm? Çempion olmaq inanılmazdır. Özü də bu titulu Honda işçilərinin, idarəçilərin və yapon azarkeşlərin önündə qazanmaq çox gözəldir.
Bu qədər gecikmədən yenidən yarışdığımız üçün sevincliyik. Çox şiddətli yağış yağırdı və sürmək bizim üçün çətin idi. Çox dövrə vurduğumuz üçün şanslıyıq və keçid təkərlərində uçurduq.
Burada qalib gəldiyim üçün çox xoşbəxtəm. Hava bir az qaraldı, amma yarışdığımız üçün xoşbəxtəm. Buradan yarışmafan getmək biabırçılıq olardı”.