F-1.az xatırladır ki, hollandiyalı sürücü Almaniya yarışına ikinci yerdən başlayacaq. Gənc sürücü əsas rəqiblərindən fərqli olaraq Soft təkərlərlə start alacaq.
Maks Ferstappen: “Son sessiyada asfaltla ilişmə azaldı. Amma ikinci yerdən razıyam. Burada çoxlu holland fanatlar görmək gözəl idi. Buna görə də ilk cərgədə olduğumçün xoşbəxtəm. Yarışda hər şey mümkündür. Səkkizinci döngədə trasdan çıxdım və arxa tərəfi itirdim. Buna görə də əla nəticədir”.