F-1.az bildirir ki, Red Bull qəzadan sonra bolidi təhlil edib və zədə böyük olduğu üçün şassini dəyişdirməyə qərar verib. Avstriyalılar bu vəziyyət barədə FİA-ya xəbər veriblər. Red Bull komandası yeni şassini yarışa qədər hazırlamağa çalışacaq. Bu dəyişikliklərdən sonra Ferstappen yarışa pit yolundan başlayacaq.
Maks Ferstappen: “Sabah yağış yağması gözlənilir. Bu mənim üçün əla olar. Çox sürətliyik və yaxşı bolidim var. Ümid edirəm ki, həm başlanğıc, həm də nəticə mənimçün yaxşı olar. Bəzi rəqiblərimizi keçəcəyimə əminəm”.
Hollandiyalı bildirib ki, əgər qəza etməsəydi, ilk iki yerdən birini tuta bilərdi: “Daniel əla dövrə vurdu. Bu komanda üçün çox yaxşıdır. Yeni mühərrik çox güclüdür. Sürmək daha asandır. Bu xüsusiyyətlər bizə trasda kömək edir.
Əgər sıralanma turunda ilk 4 yerdən birini tutsaydım, buna görə xoşbəxt olardım”.