F-1.az xatırladır ki, niderlandlı sürücü Montsadakı sıralanma turunda üçüncü olub. Düzdür, o, lider Bottasdan 0.4 saniyə geridə qalıb, amma Honda motorunun düzlüklərdəki zəifliyi nəzərə alındığında bunu yaxşı nəticə saymaq olar.
Maks Ferstappen: “Sözün açığı bizim üçün çətin olacağını bilirdik. Sərbəst yürüşlərdə bir az çətinlik çəkdik, amma vəziyyətdən çıxa bildik. Üçüncü olduğum üçün sevinirəm. Yarış üçün yerimiz yaxşıdır. Ümid edirəm ki, yarış tempində yaxın olarıq. Burada hər şey baş verə bilər. Sanah ikinci sərbəst yürüşlər olacaq. Yarış tempimizi artırmaq üçün əlimizdən gələni edəcəyik. Bu tras bizim üçün düşərli olmasa da, yaxşı xal ala bilərik”