F-1.az xatırladır ki, niderlandlı sürücü sıralanma turunda Leklerdən 0.1 saniyə geridə qalaraq, ikinci olub.
Maks Ferstappen: “Bu gün planlaşdırdığımız kimi getmədi. İkinci sessiya yaxşı keçdi, ancaq üçüncü sessiyada balansı tapmaq çətin oldu. Bütün bunlara baxmayaraq, vəziyyətimiz yaxşıdır. Bolidimiz yaxşıdır. Yarış tempimizin yaxşı olması vacibdir.
Yaxşı başladıq. İkincilik yaxşı olmasa da, pis də deyil. Əsas sıralanma turu yox, yarışdır. Burada təkərlər tez yeyilir. Bu hal trasdan-trada dəyişir.
Məncə, hər şey yaxşı idi. Şarl və Karlosla yaxşı mübarizə apardıq və onlar qışda yaxşı işləyiblər”.