F-1.az xatırladır ki, hollandiyalı sürücü Kanadadakı sıralanma turunda son cəhdində mükəmməl dövrə vuraraq 3-cü olub.
Maks Ferstappen: “Gözəl sessiya idi. Boliddən razıyam. Maşın sıralanma turunda yaxşı işləyir. Üçüncü yerdə olsaq da, yarışda güclü performans gözləyirik. Yarış tempində Ferrari və Mercedes-dən zəif deyilik. HyperSoft təkərlərlə başlamaq bizə üstünlük qazandıra bilər. Yaxşı startla öndəki rəqibləri keçməyə çalışacağıq. Ümid edirəm ki, problemsiz yarış olar və yaxşı xallar qazanarıq”.