F-1.az xatırladır ki, 19 yaşlı sürücü mövsümün ilk sıralanma turunda 5-ci yeri tutub.
Mercedes və Ferrari sürücülırindən sonra ən yaxşı yeri tutan hollandiyalı sürücü nəticədən narazıdır: “Bu gün yaxşı performans göstərdiyimi deyə bilmərəm. Sözün açığı, Barselonadakı testlərdən sonra bu nəticəni gözləyirdim. Orada da çatışmayan cəhətlərimiz var idi və Ferrari ilə Mercedes daha güclü görünürdülər. Doğru balansı tapmaqda çətinlik çəkdik. Mühərrik cəhətdən də onlardan zəifik. Bu çatışmazlıqları qısa müddət ərzində aradan qaldıraraq mübarizəyə qoşulmaq istəyirik. Bolidləri sürmək, döngələrə girmək çox əyləncəlidir. Amma ortada bir Albert Part reallığı var. Sabah ilk döngəni birinci yerdə dönən sürücü böyük ehtimalla yarışı qazanacaq”.