F-1.az xatırladır ki, hollandiyalı sürücü Suzukadakı son 3 yarışda podiuma yüksəlib. 22 yaşlı Ferstappen bu il Yaponiyada qələbə hədəfi qoysa da, bunun çətin olacağını bilir: “Ferrari burada çox güclü olacaq, çünki mühərrikləri güclüdür. Düzlüklərdə sürətli olacaqlar, amma döngələrdə bizim maşınımız daha üstündür. Ümid edirəm ki, döngələrdə yaxşı vaxt qazanarıq.
Suzuka gözəl trasdır və burada sürərkən həzz alıram, çünki F1 bolidini 17 yaşımda ikən ilk dəfə burada sürmüşdüm. Həmin günü heç vaxt unuda bilmirəm. Burada podiumlarım olsa da, qələbəm yoxdur. Yaponiyalı fanatlar dəlisovdur və bizi dəstəkləyirlər. Bura Honda-nın vətəni olduğu üçün yarış xüsusidir. Yaponiyalı fanatlar üçün əlimizdən gələni edəcəyik”.