M.Ferstappen: Yağışda sürməyi sevirəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, yağışlı hava şəraitindən həzz alıb.

F-1.az xatırladır ki. niderlandlı sürücü Kanadada yağışlı sıralanma turunda rəqiblərinə dərs keçib və o 1.4 saniyə fərqlə poul qazanıb. O, bütün sessiya ərzində rəqiblərində bir baş üstün olub.

Maks Ferstappen: “Dünən yaxşı gün keçirməsək də, maşında dəyişikliklər etdik. Bu gün isə hava çox yağışlı idi və şərait fərqli idi. Yenə də maşın sürmək cəhətdən çox yaxşı idi. Yaöışlı trasda maşına daha çox hakim olmalısınız. Trasın bəzi hissələri çox sürüşgən idi. Amma doğru qərarlar verdik.. Yaxşı dövrəvi nəticələr üçün doğru zamanda trasa çıxdıq. Burada poul qazandığım üçün sevincliyəm.

Yağışlı havada sürməyi sevirəm, çünki Niderlanddan gəlmişəm. Buna görə də yağışda sürməyə öyrəşmişəm. Əlbəttə, yarışda nələrin baş verəcəyini bilmirik. Bəlkə hava tamamilə quru olar. Amma yaxşı maşınımızın olduğunu deyə bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*