F-1.az xatırladır ki, Avstriya təmsilçisi mövsümün birinci yarışı Avstraliyada da mühərriklə bağlı problem yaşamışdı. Çində isə mühərrikdə növbəti dəfə problemlər yaşanıb.
Maks Ferstappen: “Düzlüklərdə bolidin tempi yox idi. Problemi həll etməyə çalışırıq. Sabaha qədər həll olunacağına əminəm. Hazırda Mercedes və Ferrari ilə mübarizə aparmaq iqtidarında deyilik. Buna görə də yağışlı havada qarışıqlıqdan istifadə edib gözəl nəticə qazana bilərik. Burada ötmələr asandır və yağış yağsa, mənim üçün əyləncəli yarış ola bilər. Görək nə olur.
Daha yaxşı balansa, asfaltla ilişməyə və mühərrik gücünə ehtiyacımız var. Bu il boliddəki dəyişiklilləri başa düşmək çətindir. Keçən il yenilik gətirəndə nələrin dəyişəcəyini bilirdik. Bu il vəziyyət fərqlidir”.